Şriftin ölçüsü :

Saytın rəngi :

“ Novruz “ bayramı münasibəti ilə Ağcabədi rayonunda dislokasiya olunmuş hərbi hissələrdə bayram tədbiri keçirilmişdir

14 mart 2017 | 11:00

14 mart 2017-ci il tarixdə saat 11:00-da Ağcabədi rayonu ərazisində dislokasiya olunmuş N saylı hərbi hissələrdə “Novruz “ bayramı münasibəti ilə bayram tədbiri keçirilmişdir.
“Novruz “ bayramı münasibəti ilə Ağcabədi rayonunda dislokasiya olunmuş hərbi hissələrdə əsgərlərə bayram sovqatı o cümlədən, 3800 ədəd bayram bağlaması paylanmış, Novruz süfrəsi üçün 600 kq ət hərbi hissələrə verilmişdir.
Bayram tədbirlərində çıxış edən hər bir görüş iştirakçısı əsgərlərin Novruz bayramını təbrik etmiş, onlara Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində can sağlığı və uğurlar arzu etmişlər. Bununla yanaşı onu da qeyd etmişlər ki, yaxın günlərdə Novruz bayramını Ali Baş Komandanın əmri ilə mərd əsgərlərimizin şücaəti ilə işğal altında olan torpaqlarımızda qeyd edəcəyik.
Daha sonra bayram münasibətilə Ağcabədi Regional  Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan musiqi məktəblərinin işçilərinin hazırladığı  konsert proqramı ilə tədbirlər davam etdirilmişdir.

Keçidlər