Ağcabədi rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi
08 mart 2017-ci il tarixdə saat 11:00 –da Ağcabədi rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirə başlamazdan öncə rayonun qadınlarından ibarət nümayəndələr Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəini ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
Tədbirdə rayonun ictimai həyatından fəal olan qadınlar o cümlədən təhsil,səhiyyə, mədəniyyət, bələdiyyə sahəsində çalışan qadınlar və digər qonaqların iştirakı ilə 500 nəfər iştirak etmişdir.
Tədbir Ağcabədi rayonunda fəaliyyət göstərən “ Qızılsaray “ şadlıq evində davam etdirilmişdir.
Bayram tədbirində iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov qadınları əziz bayram günü münasibətilə təbrik etmişdir. O çıxışında qeyd etmişdir ki, qadınlar cəmiyyətimizin istər ailə, istər sosial, istərsə də ictimai həyatında kişilərə yardımcı olan böyük qüvvədirlər. Qadınlar vətənə layiqli vətəndaş, vətənpərvər insan yetişdirən və onlara tərbiyə verən anadırlar. İstərdik ki, həyatlarının bütün günü onlar üçün bayram olsun. Çünki bütün qadınlar xüsusilə analar bütün bayramlara layiqdirlər. Sonda rayon rəhbəri başda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva olmaqla, bütün Azərbaycan qadınlarını o cümlədən Ağcabədi qadınlarını, analarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etmiş, onlara qadın xoşbəxtliyi, ailə səadəti və övlad sevinci və gələcək işlərində uğurlar arzulamışdır..
Daha sonra rayonun ictimai –siyasi həyatında fəal iştirak edən qadınlara Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir. .
8 Mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram tədbiri Regional Mədəniyyət və Turizm idarəsinin Ağcabədi rayon şöbəsinin tabeçiliyində olan Ü.Hacıbəyli adına şəhər incəsənət məktəbinin və şəhər uşaq musiqi məktəbinin hazırladığı bayram konserti ilə davam etmişdir.