Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri M. F . Axundov adına şəhər 3 saylı məktəb liseyin birinciləri Əlifba bayramı keçirmişdir.

05 may 2013 | 10:00

04 may  2013-cü il tarixdə saat 10:30 –da Ağcabədi rayonu Ü. Hacəbəyli adına “Qarabağ” Muğam Mərkəzində  şəhər 3 saylı məktəb liseyin I a sinifi Əlifba bayramı keçirmişdir.
      Tədbir başlamamışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş,birincilər səhnəyə daxil olaraq, qonaqları salamlamışlar.Daha sonra  Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırladıqları ədəbi – bədii kompozisiya tamaşaçılara nümayiş olunmuş və böyük alqışla qarşılanmışdır.
    I a sinifinin  balaca fidanları tərəfindən “Cücələrim”, “Vals”  rəqsləri oynanmış və “ İgidlər” mahnısı  ifa olunmuşdur. Bununla yanaşı, birincilərin ifasında “ Rəqəmlərin mübahisələri” və digər səhnəciklər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
    Tədbirin sonunda məktəb – liseyin  direktoru Tofiq Zeynalov, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Rahilə Şükürova  və digər çıxış edənlər birinciləri bu bayram münasibəti ilə təbrik etmiş və onlara qədəm qoyduqları yeni həyatda uğurlar, vətənə, cəmiyyətə, dövlətə layiqli vətəndaş kimi formalaşmağı arzulamışdılar.
    Yekunda çıxış edən I a sinifinin  sinif rəhbəri Saragül Həsənova qonaqlara və valideynlərə öz təşəkkürünü bildirmiş və məhz bu günün Ulu Öndər Heydər Əliyevin  90 illik yubileyinə təsadüf etməsini sevinc hissi ilə qeyd etmişdir.
   Tədbir qonaqlar tərəfindən  birincilərə hədiyyələrin verilməsi ilə başa çatmışdır.
   Tədbirdə  165  nəfər  iştirak etmişdir .

Keçidlər