Şriftin ölçüsü :

Saytın rəngi :

“05 mart – Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir

05 mart 2017 | 11:00

05 mart 2017-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətində  “05 mart – Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əvvəlində  Ağcabədi rayon İdman ictimayəti “05 mart – Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsinin önünə gül dəstləri düzmüşlər.
Tədbiri rayon İcra Hakimiyyəti  Başçısının birinci müavini Rövşən Əhmədov giriş sözü ilə açaraq    4 mart 2005 – ci il tarixdə Azərbaycan Respublika-sının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il 5 mart tarixi Azər-baycanda Bədən tərbiyəsi və idman günü kimi qeyd edildiyini  diqqətə çatdırmış və bu gün  münasibəti  ilə  rayonun idman ictimayətini səmimi qəlbdən təbrik etmişdir.
Tədbirdə beynəlxalq yarışlarda və  Azərbaycan çempionatlarında uğurlu nəticələr əldə etmiş idmançılar, rayonda fəaliyyət göstərən ayrı-ayrı idman növləri üzrə məşqçi müəllimlər , bədən tərbiyəsi müəllimləri iştirak etmişlər.

Keçidlər