Şriftin ölçüsü :

Saytın rəngi :

01 mart 2017-ci il tarixdə Ağcabədi rayon Polis şöbəsində “Vəhhabilik və digər radikal dini təriqətlər” mövzusunda tədbir keçirilmişdir.

01 mart 2017 | 11:00

01 mart 2017-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon Polis şöbəsi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin 2017-ci il üçün birgə razılaşdırılmış tədbirlər planına  əsasən Ağcabədi rayon Polis şöbəsində “Vəhhabilik və digər radikal dini təriqətlər” mövzusunda tədbir keçirilmişdir.
    Tədbirdə Ağcabədi rayon Prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon Polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov və Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev  iştirak etmişlər.
    Tədbiri Ağcabədi rayon Polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov açaraq  məruzə üçün sözü Ağcabədi rayon Prokuroru, baş ədliyyə müşaviri Salman Səmədova verdi. Salman Səmədov  “Vəhhabilik və digər radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəlməsi, yanlış olması və İslam dəyərlərinə uyğun olmaması” adlı məruzə etdi. Məruzə ətrafında Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov və Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev çıxış etdilər. Tədbirdə polis işçiləri tərəfindən verilmiş çoxsaylı suallar cavablandırıldı.
   Tədbiri Ağcabədi rayon Polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov yekunlaşdırdı.

Keçidlər