24 fevral 2017-ci il tarixdə Ağcabədi rayon Qiyaməddinli kənd tam orta məktəbində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Rabil Talıbov açdı. İlk öncə Xocalı faciəsində həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Xocalı həqiqətlərindən danışan məktəb direktoru Xocalı faciəsinin Azərbaycan xalqına vurduğu ağır itkidən, erməni cəlladlarının Azərbaycan xalqına, qadınlara, körpə uşaqlara belə rəhmi gəlmədən məhv etməyə calışdıqlarını bildirdi.
Tədbirdə cıxış edən məktəbin müəllimləri Şamil Vəliyev, Pərviz Quliyev, İsfəndiyar Talıbov, Sahibə Əmirova və başqaları Xocalı faciəsinin Azərbaycan xalqına qarşı qəddarlıqla həyata keçirilən soyqırımı olduğunu bildirdilər.
Tədbirin sonunda məktəblilərin ifasında Xocalıya həsr edilmiş şeirlər səsləndirildi və səhnəciklər nümayiş etdirildi.