24 Fevral 2017-ci il tarixdə Ə. Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində “Xocalı qan yaddaşı” mövzusunda tədbir kecirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlamış, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə məktəbin drektoru G. Məmmədova açmışdır.
Məktəbin tarix müəllimi Xalid Hacıyev Xocalı şəhəri və Xocalıda baş verən hadisələr haqqında tarixi faktlarla geniş məruzə ilə çıxış etdi.
Tədbirdə kənd ağsaqqalı, kənd dini icmasının sədri Heydər Məmmədov cıxış edərək bütun şəhidlərimizin ruhuna dualar oxudu.
Sonra tədbirdə məktəblilərin ifasında Xocalı müsibətini özündə əks etdirən şeirlər söylənmiş, məktəbin 4 a sinif şagirdlərinin hazırladığı kompozisiya təqdim edilmişdir.
Məktəblilər tərəfindən Xocalı faciəsini əks etdirən rəsmlər çəkilmiş, fotostend hazırlanmışdır.
Tədbirdə məktəblilər tərəfindən “Şəhidlər ölməz, vətən bölünməz” ,”Xocalı bizim qan yaddaşımızdır” “Xocalı faciəsi qaysaq tutmayan yaramızdır” səsləndirilmişdir.