Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədili gənclər Xocalı faciəsi ilə bağlı müxtəlif ölkələrə 613 elektron məktub göndərdilər.

27 fevral 2017 | 11:00

2017-ci il fevralın 22-də Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Ağcabədi rayon Pedaqoji Kollecində  “Xocalıya ədalət” kampaniyası çərçivəsində aksiya keçirmişdir.Aksiyada Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin və rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən Ağcabədi rayon Pedaqoji Kollecinin tələbələri iştirak etmişlər.Aksiya iştirakçıları müxtəlif ölkələrin prezidentlərinin, deputatlarının, tanınmış ictimai-siyasi xadimlərin, dünya miqyasında məşhur mədəniyyət və incəsənət xadimlərinin elektron ünvanlarına, facebook səhifələrinə Xocalı faciəsi ilə bağlı 613 elektron məktub göndərmişlər.
Aksiya fevralın 26-dək davam edəcəkdir.

Keçidlər