Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Ağcabədi şəhəri 4 saylı tam orta məktəbində tədbir keçirilmişdir.
03 may 2013-cü il tarixdə saat 10:00 –da Ağcabədi şəhəri S. Vurğun adına 4 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra , Onun həyat və fəaliyyətini əks etdirən fraqmantlər tədbir iştirakçılarına təqdim olunmuşdur.
Şagirdlərin ifasında Ulu Öndərimizə və canından çox sevdiyi, ürəyitək yaşatdığı, gözütək qoruduğu şah əsəri olan vətənimiz Azərbaycana həsr olunmuş şeir və mahnılar səslənmişdir.
Ümummilli Liderimizin yürütdüyü uğurlu siyasətdən, xalqımızın gələcəyinə imza atdığı uğurlu planlardan söhbət açıldı. Dahi insanın dilimizdə şüara çevrilən aforizmələri söylənmiş,şagirdlərə qəhrəman Eloğlumuzun gənclərin mənəvi atası olmasından, uşaqlara hər zaman dəyər verməsindən danışılmışdır. Ulu Öndər Heydər Əliyevin “ Mənim üçün ən dəyərli varlıq Azərbaycan gəncləridir, Azərbaycanın uşaqlarıdır.” kəlamını heç də təsadüfi demədiyini və bu barədə imzaladığı fərmanlar diqqətə çatdırılmışdır.
Tədbirdə Heydər Əliyev kursunun layiqli davamçısı,Ali Baş Komandanımız İlham Əliyevdən də söhbət açılmışdır. 2013- cü il Prezident seçkilərində də Ulu Öndərimizin qurub yaratdığı, adı gələndə kövrəldiyi vətənimizi etibar etdiyi layiqli insana İlham Əliyevə səs verilməsinə çağırıldı və Yeni Azərbaycan Partiyasının bu günümüzün, sabahımızın partiyası olduğu nəzərə çatdırılmışdır.