Şriftin ölçüsü :

Saytın rəngi :

23 fevral 2017-ci il Ağcabədi şəhər Əkbər Aliyev adına 12 saylı tam orta məktəbində 26 fevral 1992-ci il "Xocalı soyqırımı" ilə bağlı məktəb kollektivi tərəfindən tədbir keçirildi. Tədbir şəhidləri bir dəqiqəlik sükütla yad edilərək başlanıldı.

23 fevral 2017 | 11:00

Tədbirdə məktəbin tarix müəlliməsi Hacıyeva Sevil çıxış edərək,şagirdlərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin rus ordusunun köməkliyi ilə xalqımızın başına gətirilən amansız qətliamdan danışaraq "Qan yaddaşı" mızı heç vaxt unutmamağa səslədi.Sonra çıxış üçün söz məktəbin direktoru Yeganə Aslanovaya verildi.O da öz çıxışının sonunda şagirdləri Vətənimizin çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməməyə çağırdı.Daha sonra söz məktəb şagirdlərinə verildi.Onlar da o gecə şəhid olanları öz şeirləri ilə yad edərək,şəhidlərimizə Allahdan rəhmət dilədilər və tədbir başa çatdı

Keçidlər