Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər S.Vurğun adına şəhər 4-saylı tam orta məktəbində 23 fevral 2017-ci il tarixdə "Xocalı soyqırımına, həsr edilmiş bədii gecə keçirildi.

24 fevral 2017 | 11:00

Tədbir 4a və 7a siniflərində sinif rəhbərlərinin təşkilatçılığı ilə hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə direktor müavini Zülfiyyə İsmayılova,Təşkilat işləri üzrə direktor müavini Ülviyyə Babayeva, sinif rəhbərləri Şəlalə Şirinova, Təranə Kazımova, UBR-i Aysel Əliyeva və digər müəllimlər çıxış etdilər.Şagirdlər Xocalı soyqırımına həsr edilmiş səhnəciklər və şerlər söylədi.Sonda məktəbin direktor əvəzi Teymur Qasımov nitq söylədi faciyə haqqında şagirdlərə məlumat verdi.

Keçidlər