Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinə yardım edilmişdir

24 fevral 2017 | 11:00

Hər il olduğu kimi bu il də Ağcabədi rayonunda məskunlaşmış Xocalı sakinlərinə rayon icra Hakimiyyəti tərəfindən yardım edilmişdir. Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində 24 fevral 2016-cı il tarixdə Xocalı sakinləri ilə görüşülmüş, onlara müvafiq yardım bağlamaları təqdim olunmuşdur.
Görüş zamanı Xocalı faciəsindən danışılmış, bu soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş terror aktı olduğu qeyd olunmuşdur. Bildirilmişdir ki, qaçqın və məcburi köçkünlər müvəqqəti olaraq doğma torpaqlarından uzaq düşsələr də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti işğal altında olan torpaqlarımızın tezlikdə geri qaytarılması üçün məqsədyönlü siyasət həyata keçirir.

Keçidlər