Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə Xocalı faciəsinin 25 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.

24 fevral 2017 | 11:00

Əsrin ən böyük faciəsi olan “Xocalı soyqırımı” unutmamaq , düşmənə nifrət , torpaqlarımızın azadlığı uğrunda şagirdlərimizi mübarizlik ruhunda tərbiyə etməyə çalışırıq.Bu baxımdan məktəbin bütün siniflərini əhatə edən silsilə tədbirlər keçirilir. VII sinif  şagirdləri  Xocalı  soyqırımı  haqqında bildiklərini, o müthiş gecənin  faciəsini  açıq təbiətdə müxtəlif  səhnələrlə  canlandıraraq  öz yaşıdlarının keçirdiyi duyğuları  nümayiş etdirməyə çalışdılar.Bununla bütün dünya uşaqlarının diqqətini Xocalıda baş verən hadisələrə yönəltmək və hər kəsi haqqa ədalətə və sülhə çağırırıq.
Məktəb foyesində  böyük  bir guşədə  Xocalı faciəsini əks etdirən foto şəkillər, qəzetlərdən parçalar, kitablar  sərgiləndi. Vaxtaşırı olaraq məktəb şagirdləri  guşəni ziyarət edir və ordakı materiallarla tanış olurlar.
Uşaq Birliyinin  aylıq divar qəzetinin fevral  buraxılışı Xocalı  faciəsinə həsr edildi.Müxtəlif  sinif  şagirdlərinin yazdığı  məqalələr çəkdiyi rəsmlər  divar qəzetində sərgiləndi.
Növbəti tədbir  məktəbin şagirdləri arasında “Xocalı şagirdlərin gözü ilə”rəsm müsabiqəsi oldu.Ən yaxşı  rəsm əsərləri guşədə sərgiləndi.
Məktəbin “Bacarıqlı  əllər dərnəyi”üzvləri   o gecəni əks etdirən  hadisələrdən  ibarət  səhnələrin təsvirini plastilindən  əl işi hazırlayaraq   nümayiş etdirdilər.
Məktəb kitabxanasında  Xocalı sakinlərinin xatirələrindən ibarət video çarxlara yuxarı  sinif şagirdlərinin baxışı təşkil olundu.
Silsilə tədbirlər məktəb kollektivi və  şagirdlərin Şəhidlər xiyabanını  ziyarət etməsiylə davam edəcək.

Keçidlər