Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə məktəblilər arasında futbol üzrə rayon turnirinin final mərhələsi keçirilmişdir.

04 may 2013 | 10:00

15 aprel 2013 – cü il tarixdə startı verilən  Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə məktəblilər arasında futbol üzrə rayon turnirinin  final mərhələsi  03 may 2013-cü il tarixdə saat 17:00 -da Ağcabədi rayonu Mərkəzi Stadionunda keçirilmişdir.
   Yarışda rayonun  şəhər və kənd məktəblərinin komandaları iştirak etmişdir.
   Final mərhələsində iştirak edən  Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov çıxış edərək komandalara uğurlar arzulamış və bildirmişdir ki, bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur ki, indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Hər zaman Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün həmin diqqət və qayğı Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
    Rayonun  Avşar kənd  N. Abdullayev adına 2 saylı tam orta məktəbinin komandası I yerə, Şəhər 1 saylı  tam orta məktəbin komandası II yerə, 11 saylı tam orta məktəbin komandası III yerə çıxmışdır.
    Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər