Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr edilmiş Uşu-sanda idman növü üzrə rayon turniri” keçirilmişdir.

24 fevral 2017 | 11:00

23 fevral 2017-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin təşkilatçılığı ilə “Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr edilmiş Uşu-sanda idman növü üzrə rayon turniri” keçirilmişdir.
AZpress.AZ  xəbər verir ki, tədbirdə GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı,ARİH əməkdaşı Ceyhun Məmmədov,YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Mehman Novruzov,Samir Məmmədov,Rayon Təhsil şöbəsinin əməkdaşı Fehruz Rəfiyev,Ağcabədi Gənclər və İdman İdarəsinin əməkdaşı Cavid Bünyadov,Ağcabədi İdman klubunun direktoru Məhərrəm İbrahimov,idmançılar və 100-dən çox idman azarkeşi iştirak edib.
  Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı bildirmişdir ki, tarixdə elə qanlı hadisələr var ki, təkcə bir xalqın taleyi ilə bağlı olmayıb, bütün bəşəriyyətə qarşı ağır cinayət hesab edilir. Belə hadisələri törədənlərin cəzasını da humanizmi özünün həyat norması seçmiş mütərəqqi bəşəriyyət verməlidir. Erməni şovinist-millətçi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı məhz insanlığa qarşı törədilmiş bu cür amansız cinayətlər sırasındadır.
   Bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.Buna görə də hər bir azərbaycan vətəndaşı bu istiqamətdə öz üzərinə düşən vəzifəni dərk etməli layiqincə yerinə yetirməlidir.
Digər çıxış edənlər də gənclərin mübariz ruhda böyüməsi üçün belə idman yarışlarının keçirilməsinin vacib olduğunu vurğulayıblar.
Sonra idmançılar arasında Uşu- sanda idman növü üzrə yarışa start verildi.Müxtəlif çəki dərəcələri və müxtəlif yaşlı idmançılar arasında gərgin keçən yarışın yekununda qaliblər GTM Qarabağ ofisi tərəfindən diplom və medallarla təltif edildilər.
Fotomüxbir   Mais  Amin  AZpress.AZ   Ağcabədi

Keçidlər