Fevralın 23-də Ağcabədi şəhər 3 saylı məktəb-liseydə Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Ağcabədi rayon İcra hakimiyyətinin nümayəndəsi Ceyhun Məmmədov,Təhsil Şöbəsinin və 3 saylı məktəb-liseyin pedoqoji kollektivi və şagirdlər iştirak ediblər.Tədbiri məktəbin direktoru,Azərbaycan Respublikasının əməkdar müəllimi Həcər xanım Əliyeva açmışdır.Öncə Azərbaycan Respublikasının Himni səslənmiş daha sonra tədbir iştirakçıları tərəfindən Xocalı Faciəsində həlak olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Çəxəş edən Həcər müəllim öz çıxışında Xocalı Soyqırımı haqqında ətraflı məlumat verərək,qanlı faciədən 25 il ötməsinə baxmayaraq BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin,Avropa Parlament Assambleyasının,İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların qərarlarına baxmayaraq,Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun ölkəmizin ərazi bütövlüyü çərşivəsində öz həllini bu günədək tapmamasının xüsusi vurğulamışdır.Sonra məktəbin şagirdləri həmin gecə həlak olanlar,əsir düşənlər və valideynlərini itirənlər haqqında geniş məlumat vermiş,şagirdlər tərəfindən hazırlanmış Xocalı faciəsi adlı səhnə göstərilmişdir.Tədbirin sonunda Respublikanın Əməkdar müəllimi Zəhra İbrahimova Xocalı faciəsinitörədən qaniçənlərə öz nifrətini bildirmiş və doğurdan da belə müsibətin unudulmayacağını söyləmişdir.Məktəbin müəllimi SaragülHəsənova öz çıxışında qeyd edərək söyləmişdir:Xocalı faciəsi xalqımızın qəhraman oğullarının ürəyində əbədi yaşayacaq.Lazım gələrsə xalqımızın qəhrəman oğulları Ali Baş Komandanın əmri ilə düşmən üzərinə hücum etməyə daim hazırdır.Bu gün düşmən üzərinə hücum etməyə hazırdır.