Xocalı faciəsi
22 fevral 2017 | 11:00
22.02.2017-ci ildə Ağcabədi rayon M. Aranlı adına şəhər 11 saylı tam orta məktəbdə “Xocalı faciəsi” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının himni ilə başlanmış, bir dəqiqəlik sükutla Xocalı şəhidlərinin ruhu yad edilmişdir. Şagirdlər Xocalı şəhidlərini hazırladıqları şerlərlə, kompazisiyalarla yad edərək sanki o günləri yaşadıqlarını sübut etdilər.
Tədbirdə məktəbin direktoru Lətafət Əlizadə çıxış edərək bildirdi ki, hər bir məktəbli ancaq bu formada - yəni, şəhidləri yad etməklə, xatırlamaqla onları unutmadıqlarını sübut edərlər.