Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.

21 fevral 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  respublikamızda 15 fevral 2017- ci il tarixdən başlanan əhalinin tibbi müayinədən keçməsi prosesi Ağcabədi rayonunda da uğurla davam etdirilir.
Ağcabədi rayonunda əhali arasında  təşkilati-izahat işinin yüksək səviyyədə  aparılması nəticəsində müəyyən edilmiş qrafiklə əhalinin 18 yaşdan yuxarı  rayonun idarələrinin, müəssisələrinin , digər təşkilatlarının nümayəndələrinin və rayon əhalisinin  mütəşəkkil şəkildə tibb müayinəsi aparılır. Rayon əhalisi yaradılan şəraitə, göstərilən diqqət və qayğıya  görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Əhalinin tibbi müayinəsi  may ayının 1- dək davam olunacaqdır

Keçidlər