Şriftin ölçüsü :

Saytın rəngi :

“Xüsusi təyinatlı İbad” filminin Ağcabədi rayonunda təqdimatı keçirilib.

20 fevral 2017 | 11:00

18.02.2016-cı il tarixdə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Azərbaycan Respublikasının Bayraq ordeni ilə təltif olunmuş Qarabağ qazisi İbad Hüseynova həsr olunmuş “Xüsusi təyinatlı İbad” filminin Ağcabədi rayonunda təqdimatı keçirilib.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ,Hüqüq mühafizə orqanlarının rəhbərləri,Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin diasporla iş üzrə sektor müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyev ,İbad Hüseynov və filmin yaradıcı heyəti iştirak ediblər.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Natiq Novruzov, rejissoru və aktyorlar üzrə rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, quruluşçu operatoru Rövşən Quliyev, texniki direktoru Səbuhi Əhmədov, baş prodüseri Rəşad Nuri, ssenaristi Vüsal Nuru, baş rolun ifaçısı isə Elçin Məmmədlidir.Filmdə vətənpərvərlik, torpaq sevgisi kimi gənclərimizin örnək götürməli olduğu əsas mövzular öz əksini tapmışdır.

Keçidlər