Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda məktəblilər arasında bədii qiraət və şeir müsabiqəsi keçirilmişdir.

03 may 2013 | 10:00


   02 may 2013-cü il tarixdə  Ağcabədi rayonu Heydər Əliyev Mərkəzi, YAP Ağcabədi rayon təşkilatının və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə   məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilmişdir.   
    Müsabiqədə rayon və kənd məktəblərinin şagirdləri iştirak edirdilər. Münsiflər heyəti tərəfindən bir-birindən maraqlı iştirakçılar arasında 3 ən yaxşı qiraətçi seçilib, qalib elan olundu.
   Birinci yerin sahibi Qaraxanlı kənd orta məktəbinin şagirdi Əliyeva Nübar Məhəmməd qızı,  ikinci yeri tutan şəhər 5 saylı orta məktəbin şagirdi Bayramlı Xasay Sehliman oğlu, 3-cü yerin qalibi isə Salmanbəyli kənd orta məktəbinin şagirdi  Hümbətova Aytac  Natiq qızı oldu.
   Bundan əlavə Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi də keçirilmişdir.Burada iştirak edən məktəblilərin dahi şəxsiyyət Heydər Əliyevə həsr etdikləri  şeirlər münsiflər heyəti tərəfindən seçilmiş, iki nəfər qalib elan olunmuşdur.
    Birinci yeri M.F. Axundov adına  şəhər 3 saylı  məktəb-liseyin şagirdi İsmayılova Rəmziyyə Ramiz qızı, ikinci yeri isə şəhər 1 saylı orta  məktəbin şagirdi Əlizadə Türkan tutmuşdur.

Keçidlər