Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 5 ildə uğurlu yol keçib
13 fevral 2017 - ci il tarixdə saat 10:00 –da Ağcabədi rayonu Heydər Əliyev meydanında rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5 illiyi münasibəti ilə Ağcabədi Rayonunda tədbir keçirilmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun xatirəsini yad etdilər.
Daha sonra tədbir İcra Hakimiyyətinin iclas zalında davam etmişdir.Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək ,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasında əsas məqsəd əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə əhəmiyyətli təkan vermək, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması olduğunu bildirərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmağı və üzərlərinə düşən məsul , şərəfli işdə uğurlar arzulayıb.
Daha sonra çıxış edən digər natiqlərdə şəxsi heyəti təbrik edib onlara uğurlar arzuladılar.