Şriftin ölçüsü :

Saytın rəngi :

Murovda həlak olmuş Azərbaycan əsgəri dəfn edildi

13 fevral 2017 | 11:00

   Azərbaycan Silahlı Qüvvələrini Murovdağda həlak olmuş əsgəri Ülvi Əhməd oğlu Rüstəmov 11.02 2017 -ci il tarixdə doğulduğu Ağcabədi rayonunun Şəhidlər Xiyabanında dəfn olundu.Dəfndə həlak olmuş əsgərin yaxınları ilə bərabər, RİH-nin Başçısı cənab Şahin Məmmədov ,hərbiçilər və Rayon ictimaiyyəti  iştirak etdilər.
   Hadisə fevralın 9-u axşam saatlarında baş verib. Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər