Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən şəhər ümumtəhsil məktəblərində sorğu təşkil edilib
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq 07-08 fevral 2017-ci il tarixlərdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində sorğular keçirilib. Sorğular zamanı məktəblilərə Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı,o cümlədən əsrlər boyu ermənilər tərəfindən vətəndaşlarımıza qarşı törədilmiş etnik təmizləmə, soyqırım və işğal siyasətindən və digər sahələrdən şifahi suallar verilmiş, onların ümumi bilik səviyyələri yoxlanılmışdır.
Sorğulara verilmiş cavablara əsasən ümumi nəticə qənaətbəxş hesab edilmişdir.