Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda " VI Muğam televiziya müsabiqəsi”nin seçim mərhələsi keçirildi.

08 fevral 2017 | 11:00

08 fevral 2017-ci il tarixdə saat 11:00 –da Ağcabədi rayon Ü.Hacıbəyli adına  adına Qarabağ Muğam Mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan Televiziyasının dəstəyi ilə “ V Muğam televiziya müsabiqəsi”nin  seçim  mərhələsi keçirilmişdir.
Seçim mərhələsində Ağcabədi, Ağdam və Laçın rayonunun muğam ifaçıları iştirakedib.
   Azərbaycan Televiziyasının “ Mədəniyyət “ kanalının direktor müavini, əməkdar incəsənət xadimi, “Muğam Müsabiqəsi 2017” Televiziya musabiqəsinin təşkilat rəhbəri Nadir Axundovun, Azərbaycan Respublikasının Xalq artistləri Arif Babayevin, Mənsum İbrahimov, Ramiz Quliyevi və Səkinə İsmayılovanın münsiflər heyətində olduğu “ Muğam Müsabiqəsi 2017” Televiziya musabiqəsinin seçim mərhələsində Ağcabədi rayonundan 6 nəfər,Ağdam rayonundan 3 nəfər,Laçın rayonundan 2 nəfər muğam ifaçısı seçim mərhələsindən uğurla keçmişlər.
←əvvəlki növbəti→

Keçidlər