Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər S.Vurğun adına şəhər 4-saylı tam orta məktəbində məktəbin məzunu Şəhid Sadıqov Eldəniz Ağa oğlunun anadan olmasının 42-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.

07 fevral 2017 | 11:00

    Tədbirdə, məktəbin direktor əvəzi Teymur Qasımov, Ağcabədi RİH-nin nümayəndəsi Ceyhun Mamedov, Ağcabədi RTŞ-nın nümayəndəsi Baxşeyiş Məmmədov, Şəhid Eldəniz Sadıqovun anası Elza xanım, xalası, qardaşı Elşad Sadıqov, qardaşı oğlu, Şəhid əmisinin adını daşıyan, məktəbimizin bu ilki məzunu, 680 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olmuş Sadıqov Eldəniz Rafiq oğlu, Eldənizin sinif müəlliməsi Elmira müəllimə, məktəbin pedoqoji kollektivi və şagird heyəti, valideyinlər  iştirak edirdilər.
    Tədbir Azərbaycan torpaqları uğrunda Şəhid olmuş Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək başladı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra məktəbin direktor əvəzi Teymur Qasımovun çıxış etdi. Sonra söz Ağcabədi RİH-nin nümayəndəsi Ceyhum Mamedova verildi. Tədbirdə məktəbin müəllimləri Elmira Abbasova, Elmira Məlikova çıxış etdilər və Eldənizlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Məktəbin şagirdləri rənga-rəng şerlər söylədilər. Şəhidimizin qardaşı oğlu Eldəniz Sadıqov əmisinin adını fəxrlə daşıdığını və hər zaman ona layiq bir vətəndaş olacağını bildirdi. Tədbirin gedişində Eldəniz Sadıqovla əlaqədar vidioçarx nümayiş etdirildi. Sonra Şəhid anası Elza anaya söz verildi. Elza xanım Eldənizin uşaqlıq dövründən Şəhid olanadək keçdiyi həyat yolundan tədbir iştirakçılarına danışdı. Yekunda məktəb rəhbərliyi tərəfindən Elza anaya məktəbdən xatirə olaraq hədiyyə təqdim edildi.

Keçidlər