Ağcabədi şəhər 4 saylı tam orta məktəbin şagirdləri arasında intellektual oyun keçirilmişdir.
02 may 2013-cü il tarixdə saat 14:00 –da Ağcabədi rayonu Ü. Hacıbəyli adına “Qarabağ” Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “ Tariximiz- mənəviyyatımızdır” mövzusunda şəhər 4 saylı tam orta məktəbin şagirdləri arasında intellektual oyun keçirilmişdir.
İlk öncə intellektual oyunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirmişdir. Daha sonra şəhər 4 saylı tam orta məktəbin şagirlərdən ibarət “ Lider”, “ Qələbə” və “ İstiqlal” komandaları arasında yarış başlanmışdır.
Oyunun birinci mərhələsinin sonunda fasilə zamanı Şuşanın, Laçının işğalı və Qələbə günü münasibəti ilə həm məruzə oxunmuş, həm də “Çırpınırdı Qara dəniz “mahnısının sədaları altında fotoslayd nümayiş olunmuşdur.
Oyunun ikinci mərhələsinin sonunda fasilə zamanı Ümummilli Lider Heydər Əliyev haqqında məruzə oxunmuş, həm də “ Koroğlu” üverturasının sədaları altında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunan fotoslayd nümayiş olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə yanaşı, müxtəlif mövzuları əhatə edən intellektual oyun “ Lider” komandasının qələbəsi ilə başa çatmışdır.