Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir
03 fevral 2017- ci il tarixdə saat 15:00 –da 2016- cı ilin yekunları və 2017- ci ildə qarşıda duran vəzifələrlə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov iştirak etmişdir. Hesabatını məruzə edən Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Qasımov Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görüldüyünü söylədi. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər Ağcabədi rayonunda aparılan yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi rayonun daha da inkişaf etməsinə təkan vermişdir.Ağcabədi rayonunun gündən – günə müasir tələblərə cavab verən şəkildə inkişafına şərait yaradılmasına və diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Onun düzgün kadr siyasətinin nəticəsi olaraq bu gün Ağcabədi rayonun müasir səviyyəyə gəlib çatmasında əməyi olan rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər. Məruzəçi , Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2017 – ci ildə qarşısında duran vəzifələri layiqincə yerinə yetirməyə və ötən ilin nöqsanlarının aradan qaldırılması üçün çalışacaqlarını vurğuladı.
Hesabatın yekununda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov bildirdi ki, cənab Prezidentimiz İlham Əliyev cənablarının apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən lider ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın regionlarında aparılan – abadlıq quruculuq işləri iqtisadi inkişafın, sosial rifahın ən yaxşı göstəricisidir.Hindarx qəsəbəsində görülən, aparılan yenidənqurma işləri son dövrlər dəyişilən, inkişaf edən Ağcabədi rayonunun göz oxşayan ərazilərindən birinə çevirmişdir. Natiq bildirdi ki, Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2016- cı ildə olan nöqsanlarını bu il aradan qaldırmalı və 2017- ci ildə qarşılarında duran vəzifələri layiqincə yerinə yetirməyə çalışmalıdırlar.