Heydər Əliyev Mərkəzində “2 Fevral-Azərbaycan Gəncləri Günü” ilə əlaqədar olaraq dəyirmi masa təşkil edilib.
2 fevral 2017-ci il tarixdə “2 Fevral – Azərbaycan Gəncləri günü” ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Mamedov, YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin, Gənclər və İdman İdarəsinin,Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzinin, Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Tədbir öncə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Gənclər gününün təsis edilməsindən 20 il ötdüyünü xatırladaraq bildirmişdir ki, ötən bu illər ərzində Azərbaycanda gənclərin təhsil alması, müasir dünyaya inteqrasiya etməsi və müasir dəyərlərə malik olan bir vətəndaş kimi yetişməsi istiqamətində böyük işlər görülüb. Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Heydər Əliyev Mərkəzinin nəzarətçisi Behbud Quluzadə “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti “ adlı məruzə ilə çıxış etdi.
Məruzədən sonra mövzu ətrafında çıxışlara başlanıldı. YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Leyla Səfərova, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov çıxış edərək bildirmişdilər ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənclərin yetişməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdən gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Çıxışlar zamanı o da diqqətə çatdırılmışdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər dəyişməyə başladı. Bütün bunları gözəl bilən Ümummilli Lider Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. 1996-cı il yanvarın 26-da isə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikasının gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də gənclərin I
Forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Artıq 20 ildir ki, qeyd etdiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.
Sonda “Heydər Əliyev və gənclər siyasətinə” dair qısa video çarx nümayiş etdirildi.