Şriftin ölçüsü :

Saytın rəngi :

Hindarx qəsəbəsində məktəb açılışı oldu.

06 fevral 2017 | 11:00

03.02.2017-ci il tarixdə Hindarx qəsəbəsində məktəb açılışı oldu.17 yanvar 2016-cı il tarixdə rayonun Hindarx qəsəbəsində elektrik cərəyanının qısa qapanması nəticəsində yanaraq yararsız vəziyyətə düşən 2005 ci ildə  Heydər Əliyev fondu tərəfindən tikilib istifadəyə verilən ,240 şagird yerlik şəhid Xanoğlan Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbinin  əsaslı təmirdən sonra açılış mərasimi olmuşdur.Əsaslı təmir Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmışdır.Tədbirdə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndəsi Kamran Əliyev iştirak edirdi.
  Tədbir  açıq elan edilərək, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini,YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Azərbaycan dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artmasının ölkəmizdə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını deyib. Natiq çıxışında bildirdi ki,son on ildə təkcə Ağcabədi rayonunda çoxlu sayda yeni məktəb binası tikilib, əsaslı təmir edilib. Natiq  bu cür məktəbdə təhsil alacaq şagirdlərin təhsil göstəricilərinin ilbəil daha da artacağına inamını ifadə etdi. Daha sonra məktəb binasına baxış oldu və məktəbin kollektivi, müəllim və şagird heyəti ilə və qəsəbə sakinləri ilə geniş söhbət oldu.

Keçidlər