Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilib

30 yanvar 2017 | 11:00

28 yanvar 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ağcabədi Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin birgə təşkilatçılığı ilə 2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətdən tərxis olunan bir qrup gənclə təntənəli qarşılanma tədbir keçirilmişdir.
Tədbirdə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi polkovnik leytenant Yalçın Sadıqlı, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Hafiz Hüseynov, müharibə əlilləri, məktəblilər və rayon sakinləri iştirak etmişdirlər.
Tədbirdə SHXÇDX-in Ağcabədi rayon şöbəsinin rəisi polkovnik leytenant Yalçın Sadıqlı, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, l qrup Qarabağ əlili, tərəqqi medalı ilə təltif edilmiş Ramil Nağıyev, M.F.Axundov adına şəhər 3 saylı məktəb liseyin 11-ci sinif şagirdi Abbaslı Murad və hərbi xidmətdən yeni tərxis olunmuş, 2016-cı il aprel döyüşlərində iştirak etmiş Kərimli Məhəmmədəli çıxış edərək əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini, ötən ilin aprel döyüşləri zamanı mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının  mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu bildirmişlər. Çıxışlar zamanı həmçinin, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Cəbrayıl rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamın tarixi bir qərar və “Böyük qayıdışın” ilk müjdəsi olduğu vurğulanmışdır.
Daha sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə, hərbi xidmətdə göstərdiyi bacarıq, nümunəvi intizam və davranışına, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə həyata keçirdiyinə və xidmət zamanı fərqləndiyinə görə ordu sıralarından tərxis olunmuş gənclərə hədiyyələr təqdim edildi.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotosu çəkildi.

Keçidlər