Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Qarabağ mübarizləri” layihəsi çərçivəsində Şahmat turniri təşkil olunmuşdur.

26 yanvar 2017 | 11:00

25 yanvar 2017-ci il tarixdə Ağcabədi  rayon Şahmat  məktəbində Ağcabədi Rayon İcra Hakimiyyətinin ,Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  dəstəyi və Ağcabədi Rayon Gənclər və İdman idarəsi ilə “İnnovativGənclər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində Şahmat turniri təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə açan “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlamış, donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və qarşıda keçiriləcək növbəti yarışlar haqqında ətraflı məlumat vermişdir. Tədirdə fəxri qonaq qismində iştirak edən Ağcabədi Rayon Gənclər və İdman idarəsinin nümayəndəsi Cavid Bünyadov gənclərə uğurlar arzulayaraq möhtərəm Prezident cənab İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğıdan danışmış və bildirmişdirki, hal-hazırda yarışın keçirildiyi Şahmat məktəbi möhtərəm prezident İlham Əliyevin İdmana olan diqqət və qayğısı nəticəsində 2011 cil ilin may ayından istifadəyə verilərək iri miqyaslı yarışların, turnirlərin mərkəzinə çevrilmişdir. Turnirin baş hakimi Həsənova Yeganə öz çıxışında Şahmat və ümumilikdə idman sahəsində əldə olunan böyük nailiyyətlərdən bəhs edərək keçirilən yarışda gənclərə uğurlar arzulamışlar. Yarış baş hakim Yeganə  Həsənovanın aparıcılığı ilə gərgin mübarizə şəraitində keçirilmişdir. Qarabağ bölgəsini əhatə edən 50 nəfərlik 5 komandanın iştirakı ilə baş tutan yarışda turnirin qalibi olan Ağcabədi “Lider” komandasının üzvləri kubok və sertifikatlarla təltif olunmşdular. Layihə çərçivəsində müxtəlif idman oyunları üzrə keçirilən yarışların əsas məqsədi gənclərin mənəvi əxlaqi tərbiyyəsinə və fiziki sağlamlıqlarının inkişafına xidmət edən idman növlərinə marağın artırılması, eləcədə region gəncləri arasında vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdan ibarətdir.

Keçidlər