Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Heydər Əliyev və Azərbaycan “ mövzusunda konfrans keçirilmişdir.

02 may 2013 | 10:00

01 may   2013 – cü il  tarixdə  saat 15:00 –da Ağcabədi rayonunda Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar  “ Heydər Əliyev və  Azərbaycan “ mövzusunda konfrans  keçirilmişdir.
    İlk öncə  Ağcabədi Rayon İcra Hakimiyyətinin binası  qarşısında ucaldılmış  Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önü ziyarət edilmiş və sonra Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında  konfrans davam etdirilmişdir.

Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının director əvəzi, dosent Mətanət Fərzəliyeva  konfransı giriş sözü ilə açaraq bildirmişdir ki, Ulu öndərimiz öz həyatı boyu gərgin çalışaraq mükəmməl siyasi və ictimai təcrübə qazanmışdır. Həmin təcrübə bugünkü Azərbaycan Respublikasının  istər yaranmasında, istərsədə onun dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında və s. özünü  göstərmişdir. Məhz bu gün Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin düzgün olaraq həyata  keçirdiyi siyasətin bəhrəsidir.
   Çıxışının sonunda natiq qeyd etdi ki, Dövlətimizin möhkəmlənməsi birbaşa ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün onun uzaqgörən siyasətini onun layiqli davamçısı cənab İlham  Əliyev uğurla  davam etdirir.
    Daha sonra Ağcabədi filialının İctimai təbiət fənləri və onların tədrisi metodikası kafedrasının baş müəllimi Anar Kərimli “ Heydər Əliyev  Azərbaycan xalqının xilaskarıdır” mövzusunda, Əlavə  təhsilə xidmət kabinetinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, baş müəllim Mahir Səlimov “ Heydər Əliyev və Azərbaycançılıq ideyası “ mövzusunda,Xüsusi  və ümumielmi fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov “ Heydər Əliyev və Azərbaycan mədəniyyətinin inkişafı “ mövzusunda  məruzə ilə çıxış etdilər.
      Xüsusi  və ümumielmi fənlər kafedrasının baş müəllimi  Əli Əhmədov “ Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı” mövzusunda,  Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, baş müəllim Əli Əliyev “ Heydər Əliyev fenomenal şəxsiyyətdir “ mövzusunda, Riyaziyyat, informatika və onların tədrisi metodikası kafedrasının baş müəllimi Xəyyam Bədəlov “ Heydər Əliyev siyasətdə mənəvi -əxlaqi dəyərlərə sadiqlik örnəyidir” mövzusunda, İbtidai sinif müəllimliyi ixtisası üzrə 4 – cü kurs tələbəsi Mürsəlov Məryəm “ Heydər Əliyev və müasir Azərbaycan gəncliyi “ mövzusunda çıxış edərək  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci  dövründə , istərsə də, ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açdılar.
    Yekunda Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov çıxış edərək bildirdi ki, Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır.
     Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli – mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurdu. Azərbaycan dövlətinin hər bir zəfərində Heydər Əliyevin xidmətləri danılmazdır.
   Yekunda natiq 2013- cü ilin Prezident seçkiləri ili olduğuna  diqqət çəkərək bildirdi ki, ,ağcabədililər həmişə  İlham Əliyev siyasətinə sədaqəti ilə seçiliblər. Mən əminəm ki, oktyabr ayında ağcabədililər seçkiyə gedib, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı olan İlham Əliyevə səs verəcəklər.
   Tədbirdə  100  nəfər  iştirak etmişdir.

Keçidlər