Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Ağcabədi rayonunda səfərdə oldu.

26 yanvar 2017 | 11:00

26 yanvar 2017-ci il  tarixdə saat 13:00-da Ağcabədi rayon İcra Hakimiyyətində “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”çərçivəsində rayonun 9 kəndində suvarma sistemlərinin təmir-bərpası  layihəsinin imzalama mərasimi keçirildi.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov,Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi, Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı, layihələr üzrə məsləhətçi cənab Azuma Nozomi, RİHB-nın müavini-Sosial-iqtisadi inkişafın təhlili və  proqnozlaşdırılması şöbəsinin müdiri Hafiz Mehdiyev, RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Leyla Əsgərova, rayon Subartezian Quyularının İstismarı idarəsinin rəisi Əli Əliyev, Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin direktoru Rauf Əliyev və əməkdaşı, layihə kordinatoru Rasim Zeynalov iştirak etdilər.    Yığıncağı giriş sözü ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açaraq qonaqları salamladı və Yaponiya səfirliyi tərəfindən Ağcabədi rayonunda görülən işlər haqqında məlumat verdi.
    Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin rəhbəri Rauf Əliyev layihə haqda məlumat verərək bildirdi ki,  “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində  “Ağcabədi rayonunun 9 kəndində suvarma sistemlərinin təmir-bərpası layihəsi” üzrə (Böyük Kəhrizli, Şotlanlı, Şahmalılar, Bala Kəhrizli, Hüsülü, İmamqulubəyli, Poladlı, Kürdlər və Taynaq  kəndlərində) 327 ailənin ,o cümlədən 1460 nəfərin 473 hektar pay və həyətyanı torpaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Aran Humanitar Regional İnkişaf İctimai Birliyi tərəfindən icra ediləcək.      Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi səmimi qarşılandığına görə rayon rəhbərliyinə minnatdarlığını bildirdi.
Tədbir müqavilənin imzalanması ilə başa çatdı.

Keçidlər