Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 8 saylı uşaq-baxçası körpələr evində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilmişdir.

23 yanvar 2017 | 11:00

19 yanvar 2017-ci il tarixində Ağcabədi şəhər 8 saylı uşaq-baxçası körpələr evində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilmiş anım  tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq élan edildi və həmin gecə şəhid olan vətən oğulları və qızlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan 8 saylı uşaq-baxçası körpələr  evinin müdir əvəzi Əsmər Şərifova 20 Yanvar hadisələri, Dağlıq Qarabağ həqiqətləri, tarixi faktlar, ermənilərin hərbi təcavüzü, bunun ağır nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Sonra baxça uşaqlarından Şərifov Nihad,Vəliyeva Zərin-xanım,Bayramlı Elnar,Quliyeva Aylin,Mehdizadə Elşad,İbrahimli Farizin  ifasında 20 Yanvara həsr edilmiş şeirlər sələndirilmişdir.
Tədbirin sonunda uşaq-baxçası körpələr evinin uşaq və müəllim kollektivi  baxçanın  həyətindən  700  metr yolu  piyada  qət  edərək rayonda yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək, Şəhidlərin  şərəfinə  ucaldılmış  abidə  önünə əklil  qoymuşlar.
Fotomüxbir   Mais  Amin   AZpress.AZ   Ağcabədi  rayonu

Keçidlər