Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində kənd və rayonda yaşayan və Ulu Öndər Heydər Əliyev ilə canlı ünsiyyətdə olmuş 80- 90 yaş arası ağsaqqal və ağbirçəklərlə görüş keçirilmişdir.

02 may 2013 | 10:00

01 may  2013-cü  il tarixdə saat 11:00 –da  Ağcabədi  rayonu Heydər Əliyev Mərkəzində  Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə kənd və rayonda yaşayan və Ulu Öndər Heydər Əliyev ilə canlı ünsiyyətdə olmuş 80- 90 yaş arası  ağsaqqal və ağbirçəklərlə görüş keçirilmişdir.
    İlk öncə   Ağcabədi Rayon İcra Hakimiyyətinin binası  qarşısında ucaldılmış  Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi  ziyarət edilmiş və sonra görüş çay süfrəsi arxasında  Heydər Əliyev Mərkəzində  davam etdirilmişdir.
   Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva və Mərkəzin əməkdaşı Jalə Məlikova  əvvəlcə qonaqları salamlamış və onları Ulu Öndərin adını daşıyan Mərkəzdə görməkdən şad olduqlarını  bildirmişdir.
   Görüş iştirakçıları Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini  dəvətlilərlə bölüşmüş və bu dahi insan ilə canlı ünsiyytədə olduqlarından şad olduqlarını bildirmişlər.və daha sonra  Mərkəzin Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə  əhatələnən ekspozisiya zalı ilə tanış olub, Heydər Əliyevin Ağcabədi rayonuna səfəri ilə bağlı fotostendlərə baxıb və fikirlərini bildirmişlər.
    Görüşün yekununda görüş iştirakçılarına  Heydər Əliyev Mərkəzin kollektivi minnətdarlığını bildirmiş, onların hər birinə Heydər Əliyev  Mərkəzinin  hazırladığı “ Ömrün unudulmaz anları “ kitabı hədiyyə olunmuş və xatirə şəkli çəkilmişdir.
  Tədbirdə   40  nəfər  iştirak etmişdir .

Keçidlər