Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 20 yanvar faciəsinin 27-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir.

19 yanvar 2017 | 11:00

Qanlı yanvar faciəsinin 27-ci ildönümü münasibətilə Ağcabədidə silsilə tədbirlər davam edir.YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurası, Gənclər Birliyi, Mərkəzi kitabxana sistemi və Təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə rayonun bir sıra müəssisə, təşkilat və yaşayış məntəqələrində silsilə tədbirlər eçirilmişdir.Rayonun Boyat, Hacıbədəlli, Kəhrizli, Qaravəlli, şəhər 4 saylı, 6 saylı, 11 saylı məktəblərində keçirilən tədbirlər Azərbaycan Dövlət Himninin səslənməsi, 20 yanvar, Azərbaycanın Müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi I dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.Tədbirlərdə çıxışlar dinlənilmiş, Ağcabədi regional Mədəniyyət və Turizm idarəsi və təhsil müəssisələri tərəfindən hazırlanmış ədəbi- bədii kompozisiyalar nümayiş etdirilmiş, Ağcabədi rayon Dövlət rəs qalereyasının yetişdirmələrinin 20 yanvara həsr edilmiş rəsmlərinin sərgisi, 20 yanvar faciəsinə həsr edilmiş filmlər nümayiş etdirilmişdir.Layihə çərçivəsində yekun tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasının iclas zalında keçirilmişdir.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyatov açmışdır, Azərbaycan Dövlət Himni səslənmiş, şəhidlərin xatirəsi I dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Mərkəzi Kitabxana Sisteminin informasiya və Resurs şöbəsinin müdiri Gülşən Quliyeva, Hindarx qəsəbə kitabxanasının müdiri Vəsilə Məmmədova, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının üzvü Nərminə Əkbərova, YAP Ağcabədi rayon təşkilatı sədrinin müavini Eldəniz Qənbərov, Heydər Əliyev Mərkəzinin direktoru, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Məhsəti Ağayeva, Ağcabədi rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Ceyhun Məmmədov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İmperiyası tərəfindən Azərbaycanda kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq, xalqın torpaq uğrunda mübarizliyini sındırmaq məqsədi ilə Bakıya xüsusi hərbi birləşmələr və zirehli texnikaların yeridildiyini qeyd etdilər. Vurğulandı ki, ölkəmizin azadlığı uğrunda küçələrə çıxan geniş xalq kütləsinə, silahsız, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla hərbi əməliyyat keçirildiyini, yalnız Bakıda 130-dan çox mülki şəxsin amansızcasına öldürülmüş, 600-dən çox insan yaralanmışdır. Qanlı yanvar faciəsinə yalnız Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə hüquqi-siyasi qiymət verildiyini vurğuladı.
Qeyd olundu ki, 20 yanvar, o cümlədən Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu o vaxt dinclik tapar ki, işğal olunmuş torpaqlar düşmən tapdağından azad olacaq. Çıxışlarda ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində həmin günün o qədər də uzaq olmadığı səslənmişdir

Keçidlər