Ağcabədi rayon Kəhrizli kəndində “20 Yanvar- Azadlıq mübarizəmizdir” adlı silsilə tədbirlər davam etdirildi.
18 yanvar 2017-ci il tarixindən YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana SİSTEMİ ilə əməkdaşlıq çərçivəsində “20 Yanvar- Azadlıq mübarizəmizdir” adlı növbəti tədbir Kəhrizli Kənd Mədəniyyət Klubunda təşkil edilmişdir.
Tədbir açıq olunandan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra həmin gecə şəhid olan vətən oğulları və qızlarımın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçiləri Mehman Növruzov, , Ağcabədi rayon Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehtiyev, YAP Ağcabədi rayon təşkilatının Kəhrizli kənd ərazi İlk Partiya Təşkilatının sədri Rais Məhərrəmov ,kitabxana, mədəniyyət klublarının əməkdaşları, şəhid ailələri, kənd sakinləri və şagirdlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan MKS-nin Informasiya Resurs Şöbəsinin müdiri Gülşən Quliyeva öz məruzəsində 20 Yanvar hadisələri, Dağlıq Qarabağ həqiqətləri, tarixi faktlar, ermənilərin hərbi təcavüzü, bunun ağır nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Digər çıxış edənlər də Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini qeyd etdilər .Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdilər. Həmçinin vurğulandı ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, ölkəmizin Moskvada nümayəndəlıyindəki çıxışını, daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, onun davamçısı, cənab Prezident İlham Əliyevin də bu yola sadiqdir. Biz həmin gecə Azərbaycanın suverenliyi uğrunda canından keçən insanları şəhid və əsl qəhrəman sayırıq.
Tədbirdə Kəhrizli Kənd Mədəniyyət Klubunun və kənd kitabxanası işçilərinin ifasında ədəbi-bədii kompozisiya, şagirdlər isə 20 Yanvara aid şeirlər söyləmişlər
Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi rayonu.