Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər S.Vurğun adına şəhər 4 saylı tam orta məktəbin pedoqoji kollektivi və şagird heyəti Şəhidlər Xiyabanını ziyarət etdilər.

17 yanvar 2017 | 11:00

   Tədbir məktəbin direktor əvəzi Teymur Qasımovun çıxışı ilə başladı. Əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.  Sonra T.Qasımov 20 Yanvar faciəsi ilə əlaqədar nitq söylədi, şagirdlərə bu barədə lazımi məlumatlar çatdırdı. Tədbirdə YAP Ağcabədi rayon Qadınlar Şurasının sədri Radə Telmanqızı, YAP Ağcabədi rayon Təşkilatının əməkdaşları Ramil Nağıyev, Mehman Novruzov  çıxış etdilər. Daha sonra şagirdlər şəhidlərimizə həsr edilmiş şerlər söylədilər. Tədbirdən sonra şəhidlərimizin məzarı ziyarət edilib, onların məzarları üzərinə gül qoyuldu.

Keçidlər