Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “ Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsi və təbliği “ mövzusunda tədbir keçirilmişdir.

01 may 2013 | 10:00

30 aprel  2013 – cü il  tarixdə  saat 15:00 –da Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının iclas zalında Rayon Gənclər və İdman idarəsi, Icra Hakimiyyəti ərazi ilk partiya təşkilatı ilə birlikdə   Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “ Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsi və təbliği “ mövzusunda tədbir keçirilmişdir.
    Tədbirdə Azərbaycan Respublikası Fövqəladə  Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları mayor Bəxtiyar  Əsədov, leytenant Elnur Məhərrəmov və baş məsləhətçi Ruslan Zeynalov iştirak etmişdir.
     Tədbiri Rayon Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov açaraq  ilk öncə qonaqları salamladı və bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan  xalqının qəlbində özünəməxsus yeri var. Heydər Əliyev Azərbaycan xalqına, bugünkü və gələcək nəsillərə böyük ideya-nəzəri irs qoyub getmişdir. Heydər Əliyev irsindən Azərbaycan cəmiyyətini təşkil edən nəsillər, etnoslar, alimlər, müəllimlər, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar, dövlət məmurları və ziyalılar daim bəhrələnirlər. Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin inkişafı istiqamətində ən başlıca vəzifə kimi gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil olunmasında görürdü.Yekunda natiq qeyd etdi ki, 2013- cü ilin Prezident seçkiləri ilidir. Biz ağcabədililər həmişə  olduğu ki, bu ildə Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab Prezidentimiz  İlham Əliyev dəstəkləməklə, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı  İlham Əliyevə səs verəcəyik.
    Daha sonra  Azərbaycan Respublikası Fövqəladə  Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin baş məsləhətçisi Ruslan Zeynalov  “ Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsi və təbliği “ mövzusunda məruzə ilə çıxış etdi .Məruzədən sonra  Pedoqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli , Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı , Azərbaycan Yazıçılar Birliyinin üzvü,gənc şairə Məhsəti Musa və şair Eyvaz Avşar çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin bütün  nəsillər tərəfindən öyrənilməsinin mühüm məsələ olduğunu, tarixin belə şəxsiyyətləri hər zaman yetirmədiyini vurğulayaraq Ulu Öndərin zəngin siyasi və ictimai irsinin öyrənilməsinin elə dövlətçiliyimizin tarixini öyrənmək olduğunu qeyd etmişdirlər.
    Tədbirdə 80  nəfər  iştirak etmişdir .

Keçidlər