YAP Ağcabədi rayon təşkilatının yaranmasının 22 illiyi münasibətilə tədbir keçirilmişdir.
Yanvar ayının 13-də YAP Ağcabədi rayon təşkilatının yaranma-sının 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları Heydər Əliyev meydanına` gələrək Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etmişdir.
Azərbaycan Respublikasının himni səslənmişdir. Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq Yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının yaranmasının təşəkkül tapması və hazırda öz ətrafında 680 mindən çox siyasi həmfikri birləşdirən bu təşkilatın hazırda ölkədə rolu və tutduğu mövqe barədə məlumat verdi. Natiq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev rəhbərliyi altında bütün dünyada böhran hökm sürdüyü halda Respublikamız dinamik inkişaf edir.
YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov təşkilatın yaranması və fəaliyyəti barədə geniş məruzə etmişdir. Teymur Rəhimov məruzəsində qeyd etdi ki, Bu gün bu gözəl zalda biz YAP Ağcabədi rayon təşkilatının yaranmasının 22 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Lakin bu təşkilatın yaranması heç də asan olmamışdır. 1988-1993-cü illərdə respublikamızın hər yerində olduğu kimi bizim Ağcabədi rayonunda da hərci-mərclik, xaos, hakimiyyətsizlik baş alıb gedirdi. Ağcabədi şəhərinin içində iki-üç qanunsuz silahlı dəstə yaranmışdı. Rayonun əhalisi qorxu və terror şəraitində yaşayır, sabahkı günə inam yox idi.Torpaqlarımız günbəgün erməni silahlı qüvvələrei tərəfindən işğal olunurdu. Hər gün cəbhədən həlak olmuş əcgərlərimizin meyiti gətirilirdi.
Azərbaycan xalqı ölkənin xilasını yalnız Heydər Əliyevin simasında görürdü.
1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət edərək, onun rəhbərliyi altında yeni- xalqı öz ardınca aparmağa qabil olan partiyanı yaratmağı xahiş etdilər. Ulu Öndər bu çağırışa müsbət cavab verdi.
Beləliklə 1992-*ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın sədri seçildi.
1993-cü ilin əvvəllərindən başlayaraq Ağcabədidə mən və daha 11 nəfər YAP-ın Ağcabədi rayon təşkilatını yaratmağa başladıq. O vaxtki iqtidar bütün vasitələrlə bizim partiyanın rayon təşkilatını yaratmaq təşəbbüsümüzə mane olmaq üçün bütün vasitələrə əl atırdılar. Təzyiq və təhqirlərə baxmayaraq 12 nəfərlik təşəbbüs qrupu öz fəaliyyətini davam etdirdi və 1993-cü ilin sonuna kimi təşkilatın 167 nəfər üzvü var idi.
Nəhayət 1995-ci ilin yanvar ayının 15-də üzvlərinin sayı 400 nəfər olan YAP Ağcabədi rayon təşkilatının I təsis konfransı seçildi. Bundan sonra YAP Ağcabədi rayon təşkilatının sayı sürətlə artmağa başladı.
Bu gün YAP Ağcabədi rayon təşkilatı 98 ilk partiya təşkilatı ətrafında 13005 nəfər siyasi həmfikri birləşdirir ki, Onlardan 5937 nəfərini qadınlar, 5064 nəfərini isə gənclər təşkil edir. Təkcə 2016-cı ildə YAP sıralarına 932 nəfər daxil olmuşdur.
Yarandığı gündən YAP Ağcabədi rayon təşkilatı YAP Mərkəzi təşkilatının yaxın köməkçisi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin göstəriş və sərəncamlarından irəli gələn vəzifələri, YAP-ın göstəriş və tövsiyyələrini vaxtında və layiqincə yerinə yetirmişdir. YAP Ağcabədi rayon təşkilatı yaranandan bəri keçirilən 5 prezident seçkiləri, üç ümumxalq səsverməsi (referendum), 5 Parlament seçkisi, 4 Bələdiyyə seçkilərinin keçirilməsində fəal iştirak etmiş və YAP tərəfindən irəli sürülən namizədlərin təbliğat -təşviqat kompaniyasının yüksək səviyyədə təşkil olunmasını təmin etmişdir.
YAP Ağcabədi rayon təşkiatı rayonumuzun ərasisində aparılan abadlıq və quruculuq işlərində, yaşıllaşma və ağac əkmə işlərində yaxından iştirak edir. 2013-cü ildən başlayaraq rayon təşkilatı, hər bir ilk təşkilat tərəfindən Ulu Öndərimizin anadan olmasının ildönümünün sayı qədər ağac əkilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüs ardıcıl həyata keçirilir və bu günə kimi 27 mindən artıq ağac əkilmişdir.
YAP fəallarının köməyi ilə rayonun Zərdab və Beyləqan tərəfdən girişlərdə və Xocavənd kənd ərazisində torpaq sahəsi götürülərək iki mindən artıq ağac əkilib və onlara müntəzəm qulluq edilir.
Tədbirdə 3 saylı ərazi ilk partiya təşkilatın sədri Həcər Əliyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı Behbud Quluzadə, Ağcabədi rayon təhsil şöbəsinin müdiri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının üzvü Solmaz Rəhimova çıxış edərək təşkilatın yaranmasının 22-ci ildönümü münasibətilə öz siyasi həmfikirlərini təbrik etdilər və YAP-ın ölkə həyatında tutduğu mövqe, oynadığı rol, YAP Ağcabədi rayon təşkilatının gördüyü işlər barədə öz fikirlərini bölüşdülər.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının yaranmasında xidmətlərinə görə YAP veteranları Tofiq Ağamirov və Məzahir Səlimov, eləcə də bir sıra YAP fəalları YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edildilər.
Eyni zamanda YAP sıralarına daxil olmuş bir qrup gəncə təntənəli şəkildə YAP vəsiqələri təqdim edildi.