Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Etibar İsmayılovun il dönümü qeyd edildi.

04 yanvar 2017 | 11:00

04 yanvar 2017- cı il tarixində saat 10:00 –da Ağcabədi rayon  Hindarx qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Etibar İsmayılovun il dönümü qeyd edildi.Tədbir iştirakçıları ilk növbədə  Hindarx qəsəbə 1 saylı tam orta məktəbin həyətində şəhidin büstü önünə gül dəstəsi qoyaraq Onun əziz xatirəsini yad etdilər Daha sonra tədbir Hindarx qəsəbəsində Şəhidlər Xiyabanında davam etdirildi. Tədbirdə  çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva  çıxışında qeyd etdi ki,ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş  Etibar İsmayılovun həyatının  gənclərimizə örnək olması üçün Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, döyüş yolu daima öyrənilməli və təbliğ olunmalıdır.Daha sonra Etibar İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında şer kompazisiyası səsləndirildi.

Keçidlər