Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıbədəlli kənd Uşaq Musiqi məktəbinin və Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin kollektivlərinin şəhər uşaq bağçalarının körpələri üçün hazırladıqları bayram şənlikləri keçirilmişdir.

04 yanvar 2017 | 11:00

04 yanvar 2017- cı il tarixlərində saat 10:00 –da Ağcabədi rayonu Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Hacıbədəlli kənd Uşaq Musiqi məktəbinin və Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin kollektivlərinin şəhər uşaq bağçalarının körpələri  üçün hazırladıqları bayram şənlikləri keçirilmişdir.
Bayram şənliklərində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti  İctimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fehruz Zamanov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya uğrunda birləşdirmişdir. Əminliklə demək olar ki, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətini özünün Vətəni hesab edir və ölkəmizi dünyada təbliğ edir. Azərbaycanlılar öz dövlətinin olmaları ilə qürur duyur və sahibi olduqları ölkəninin inkişafı üçün bütün addımları atır. Bunun nəticəsində də Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsini qeyd etmişdir.
Sonda natiq uşaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etmiş, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulamışdır.
Daha sonra hazırlanan bayram şənlikləri böyük coşqu ilə davam etdirilmiş və Yeni İlə həsr olunmuş mahnılar, şerlər uşaqların böyük marağına və sevincinə səbəb olmuşdur.
Tədbirdə “Şaxta baba” və “ Qar qız “ qonaqları salamlamış, uşaqların yeni il hədiyyələrini paylamış və bayramlarını təbrik etmişlər.

Keçidlər