Professor Vaqif Abbasovun Ağcabədi gəncləri ilə görüşü olmuşdur
30 aprel 2013 – cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonu Y.Məmmədov adına Rayon Mədəniyyət Evində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Müxbir üzvü, Kimya Elmləri doktoru, professor,Yusif Məmmədəliyev adına Neft - Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasovun Ağcabədi gəncləri ilə görüşü olmuşdur.
Tədbirdə açılışı edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov ilk öncə hörmətli qonağı salamladı və onu Ağcabədi rayonunda görməkdən şad olduğunu bildirdi.
Rayon rəhbəri qeyd etdi ki,bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən gənclərin inkişafı, onlar üçün sağlam mühitin formalaşmasına görə yaradılan şərait cənab Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Yekunda bir daha qonağa öz təşəkkürünü bildirdi və sözü hörmətli qonaq professor Vaqif Abbasova verdi.
Natiq müxtəlif mövzularda Ağcabədi gəncləri ilə öz fikirlərini bölüşdü. Həmçinin natiq vurğuladı ki, bu gün Azərbaycan dövlətinin inkişafı və öz xalqının övladları üçün yaratdığı imkanlar göz qarşısındadır. Dövlət rəhbərinin gərgin və fədakar əməyi sayəsində gənclər üçün hər cür imkanın, şəraitin yaradılması və onların qarşılarında olan problemlərin həlli istiqamətində Dövlət Proqramı, layihələr qəbul edilmiş, uğurla həyata keçirilmişdir. Məhz bütün ölkə rəhbərinin bu diqqət və qayğısının nəticəsidir ki, Azərbaycanın bütün regionlarında yaşayan gənclər inkişaf edir və ölkənin, dövlətçiliyimizin çiçəklənməsinə xidmətlər göstərirlər.
Daha sonra məruzə ətrafında və gəncləri maraqlandıran sualları natiqə ünvanladılar.
Görüş böyük maraq çərçivəsində sona çatdı.
Tədbirdə 350 nəfər iştirak etmişdir .