Ağcabədi rayonunda kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil olunub.
29 dekabr 2016 | 11:00
29.12.2016-cı il tarixdə Ağcabədi rayonunda əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədilə ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil olunub.
Şəhərin mərkəzi stadionunda keçirilən yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Məhsullar bazar qiymətlərindən orta hesabla 20-25 faiz ucuz satılıb. Yarmarkada mal əti 5 manata, qoyun əti 7 manata təklif olunub.