Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir.

10 dekabr 2016 | 11:00

Dekabr ayının 10-da  YAP Ağcabədi rayon təşkilatı Ümummilli  Lider  Heydər Əliyevin vəfatının  ildönümü  münasibətilə anım  tədbiri keçirmişdir.
  Tədbir iştirakçıları əvvəlcə  Heydər  Əliyev  meydanına  gələrək Ulu Öndərin abidəsi önünə  tər  çiçəklər düzərək,  onun əziz xatirəsini ehtiramla  yad  etdilər.
  Tədbir YAP Ağcabədi rayon təşkilatının  iclas  zalında  davam etdi.
    RİHB-nın müavini , ictimai-siyasi  və  humanitar  məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva   tədbiri açmış, Ulu  Öndərin  əziz xatirəsi  1 dəqiqəlik  sükutla  yad  edilmişdir.
   Naibə Mustafayeva çıxışında Heydər  Əliyevin həyatı və əmək fəaliyyəti, Azərbaycan xalqı  qarşısında  misilsiz  xidmətləri  barədə  məlumat  verdi.
  Natiq qeyd etdi ki, Heydər  Əliyev  bütün ömrü  boyu  Azərbaycan xalqına sədaqətlə xidmət etmiş  dahi bir  şəxsiyyət olmuşdur. İstər  Sovetlər dönəmində, istər sə də  Azərbaycan xalqının təkidi ilə Dövlətçiliyimizin və xalqımızın ağır dövründə ikinci dəfə  hakimiyyətə qayıtdıqdan sonra  xalqını və millətini  sevən bir  Lider, uzaqgörən siyasətçi kimi O, Azərbaycanı çətin  durumdan çıxararaq, ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır.
  Ümummili Lider siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq  hafizəsi, geniş  dünyagörüşü, polad  iradəsi, qətiyyətli və uzaqgörənliyi ilə dünya siyasətinə təsir etmək qabiliyyətinə malik  bir şəxsiyyət olduğunu sübut etdi.
  Məhz  bu keyfiyyətlərinə görə  xalqımız Ulu Öndəri daim  minnətdarlıq  hissi ilə xatırlayır və  onun əziz xatirəsini uca tutur.
Bu gün xalqımız  cənab İlham Əliyevin rəhbərliyi ilə  Respublikamız  həm iqtisadiyyat sahəsində, həm  mədəni quruculuq sahəsində böyük uğurlar qazanmış,  Ölkəmiz Beynəlxalq aləmdə tanınmış, nüfuzu artmışdır. Azərbaycan  BMT-nin qeyri daimi üzv seçilmiş, Ölkəmiz 1-ci Avropa oyunları kimi möhtəşəm idman oyunlarına ev sahibliyi etmişdirdir.
  Tədbirdə YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin sədr müavini, Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının üzvü  Nərminə Əkbərova,  çıxış edərək qeyd etdilər ki,  bu gün ölkəmiz  Heydər Əliyev siyasətinin ideyaları ilə yeni uğurlara  imza atır. Onun başladığı siyasi kurs dövlət  müstəqilliyimizin  qorunub saxlanması və möhkəmlənməsi, Azərbaycanın  Beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə uğur qazanmaq  üçün stimul olmuşdur. Məhz bu xidmətlərinə görə xalqımız bu müdrik insanı heç vaxt unutmayacaqdır.

Keçidlər