Ağcabədi rayonunda “Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində rolu “ mövzusunda konfrans keçirilmişdir.
29 aprel 2013 – cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonunda Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “ Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində rolu “ mövzusunda konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Dövlət Pedoqoji Universitetinin ümumi tarix kafedrasının müdiri Vəli Əliyev,Azərbaycan Milli Elmlər Akademiyasının Müxbir üzvü, Kimya Elmləri doktoru, professor,Yusif Məmmədəliyev adına Neft - Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Təhsil Problemləri İnstitutunun Professoru,Pedaqogika və Sosiologiya Akademiyasının həqiqi üzvü,əməkdar müəllim Akif Abbasov, ”Azərbaycan məktəbi “ jurnalının şöbə müdiri, Psixologiya üzrə elmlər doktoru, professor İsfəndiyar Novruzlu, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov , rayon ziyalıları, gənclər, idarə və müəssisə rəhbərləri iştirak etmişdir.
İlk öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önü ziyarət edilmiş və sonra Y.Məmmədov adına Rayon Mədəniyyət Evində konfrans davam etdirilmişdir.
“Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində rolu “ mövzusunda məruzə ilə çıxış edən Təhsil Problemləri İnstitutunun Professoru,Pedaqogika və Sosiologiya Akademiyasının həqiqi üzvü,əməkdar müəllim Akif Abbasov bildirmişdir ki, Ulu öndərimiz öz həyatı boyu gərgin çalışaraq mükəmməl siyasi və ictimai təcrübə qazanmışdır. Həmin təcrübə bugünkü Azərbaycan Respublikasının istər yaranmasında, istərsədə onun dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında və s. özünü göstərmişdir. Məhz bu gün Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin düzgün olaraq həyata keçirdiyi siyasətin bəhrəsidir. Bu gün Azərbaycan istər siyasi, istər hərbi, istər iqtisadi gücünə görə, region ölkələri arasında liderdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin taleyi elə gətirmişdir ki, bir-birindən ciddi surətdə fərqlənən iki sistemin: Sosializm və demokratik cəmiyyət şəraitində ölkənin idarəçiliyinə başçılıq etmişdir. Çıxışının sonunda natiq qeyd etdi ki, Dövlətimizin möhkəmlənməsi birbaşa ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün onun uzaqgörən siyasətini onun layiqli davamçısı cənab İlham Əliyev uğurla davam etdirir.
Daha sonra məruzə ətrafında professor Vaqif Abbasov, professor İsfəndiyar Novruzlu və Agcabedi Pedoqoji Kollecinin direktoru Vaqif Hüseynov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci dövründə , istərsə də, ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açdılar.
Yekunda çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov qonaqları salamladı və onları Ağcabədi rayonunda görməkdən şad olduğunu vurğuladı. Rayon rəhbəri qeyd etdi ki, ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur ki, indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Hər zaman Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yorulmadan fəaliyyət göstərən , müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi adını Azərbaycan xalqının qəlbinə və tarixinin çoxcildli salnamələrinin ən şərəfli səhifəsinə əməlləri ilə yazdıran böyük lider oldu. Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli – mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurdu. Azərbaycan dövlətinin hər bir zəfərində Heydər Əliyevin xidmətləri danılmazdır.
Yekunda Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 2013- cü ilin Prezident seçkiləri ili olduğuna diqqət çəkərək bildirdi ki, ,ağcabədililər həmişə İlham Əliyev siyasətinə sədaqəti ilə seçiliblər. Mən əminəm ki, oktyabr ayında ağcabədililər seçkiyə gedib, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı olan İlham Əliyevə səs verəcəklər.
Konfransın sonunda Ağcabədi Pedoqoji Kollecinin tələbələrinin Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə münasibəti ilə hazırladıqları ədəbi – bədii kompozisiya tamaşaçılara nümayiş olundu.
Tədbirdə 350 nəfər iştirak etmişdir.