Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq Ağcabədi Pedaqoji Kollecin tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

09 dekabr 2016 | 11:00

Ümummilli Lider Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq 08 dekabr 2016-ci ıl tarixdə Ağcabədi Pedaqoji Kollecinin 424, 717 və 718 qrup tələbələri Mərkəzimizə ekskursiya ediblər.
Tələbələr əvvəlcə foyedə Dahi Liderimizin həyat və fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi,həmçinin Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri və Anım günü ilə əlaqədar olaraq təşkil olunmuş “Heydər Əliyev və Ağcabədi” adlı sərgi ilə tanış oldular.
Daha sonra ekspozisiya zalında tələbələrə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş və dolğun məlumat verildi.

Keçidlər