Ağcabədidə tut bağları salındı
Baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərinin 50 min ədədi bölgü əsasında Ağcabədi rayonuna göndərilib.Gətirilən tinglər qısa müddətdə bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində əkilməsi təmin olunub. Bununla yanaşı, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə rayonun müxtəlif əraziləridə rayonun daxili imkanları hesabına tut tinginin əkilməsi davam etdirilir.Qeyd edək ki, respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut bağlarının salınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1,5 milyon ədəd tut tinginin alınması üçün Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı ilə respublikamıza gətirilib və rayonlara paylanılıb.