Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində silsilə tədbirlər təşkil edilir

06 dekabr 2016 | 11:00

      5 dekabr 2016-cı il tarixindən etibarən Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin şagirdləri üçün Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayişinə başlanılıb. İlk olaraq “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin şagirdləri üçün Mərkəz əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Daha sonra Mərkəz əməkdaşları tərəfindən hazırlanmış və Ulu Öndərimizə həsr olunmuş  “Xalqa Bağışlanan Ömür” adlı sənədli film  nümayiş etdirildi.
Qeyd edək ki, film nümayişləri Mərkəzdə fəaliyyət göstərən bütün dərnəklər üçün təşkil olunacaq və  09 dekabr 2016-cı il tarixinədək davam edəcəkdir.

Keçidlər