Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzi tərəfindən Ağcabədidə seminar keçirilmişdir.

28 noyabr 2016 | 11:00

     Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair Ağcabədi şəhərində 27 noyabr 2016-cı il tarixində "Azərbaycan dili" və "Riyaziyyat" fənnləri üzrə seminar keçirilib. Seminarda Ağcabədi Regional Bölməsinin kurasiyasında olan Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Füzuli, Beyləqan, Zərdab, Laçın və Xocavənd rayonlarının fənn müəllimləri, metodistlər, ekspert-markerlər və məktəb direktorları iştirak etmişlər. Ümumilikdə, hər iki fənn üzrə seminarda 500 nəfər iştirak etmişdir. Seminarlar qarşılıqlı diskussiya şəraitində keçmiş, müəllimlər gündəlik məsələ ilə bağlı fikirlərini bildirib, təkliflərini vermişlər. İştirakçıları maraqlandıran suallar təhlil müstəvisində cavablandırılmışdır. Bundan başqa, ümumi orta təhsil (9 illik) bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modeli ilə tanış olmaq üçün nəşr olunmuş "Abituriyent" jurnalının xüsusi buraxılışı və 2016-cı ildə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarını təhlil olunmuş şəkildə özündə əks etdirən elmi-metodiki jurnallar da seminar iştirakçılarına təqdim olumuşdur.

Keçidlər